“İşçiləri uşaq sahibi olmağa həvəsləndirin”

09:33 18.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Əmək Nazirliyi iş dünyasını işçilərini uşaq sahibi olmağa təşviq edəcək siyasətlər hazırlamağa çağırıb. Əmək nazirinin müavini Olqa Batalina, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) forumunda etdiyi çıxışında, doğumun təşviqi tədbirlərinin demək olar ki, heç vaxt şirkətlərin korporativ siyasətlərinə daxil edilmədiyini söyləyib.

Hafta.az-ın yazdığına görə, Batalina, xüsusilə 30-39 yaş arasında olan uğurlu qadın işçilərin karyera qayğıları səbəbiylə uşaq sahibi olma qərarını təxirə saldıqlarını vurğulayaraq, işəgötürənləri ailə yönümlü iş mühiti yaratmağa dəvət edib.

Batalina, doğumun işçilərin karyerasında bir maneə olaraq görüldüyü təqdirdə qadınların hamiləliyini təxirə salacağını, bunun uzunmüddətli perspektivdə doğum nisbətlərinə mənfi təsir edəcəyini bildirib. Rusiya rəsmisi bildirib ki, işəgötürənlər uşaq sahibi olmağı düşünən işçilərə maddi və sosial dəstək verərək, bu prosesi daha asan planlaşdıra bilsinlər. Bu çərçivədə o, uşaq sahibi olanlar üçün çevik iş saatlarının, əlavə ödənişli məzuniyyətlərin və maddi təşviqlərin vacibliyinə diqqət çəkib.

“Rosstat”ın məlumatlarına görə, 2024-cü ilin ilk 11 ayında doğulan körpələrin sayı 2023-cü ilin eyni dövründəki 1,264 milyon səviyyəsindən aşağı düşərək 1 milyon 124 minə düşüb. Səhiyyə nazirinin müavini Viktor Fisenko bəyan edib ki, doğum göstəriciləri 2000-ci illərin əvvəllərindəki demoqrafik böhran səviyyəsinə düşüb və bu, Vladimir Putinin hakimiyyəti dövründə ən aşağı səviyyədir.