İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

13:29 30.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruşan kənd sakini Məzahir Şirinovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.