Yazını böyüt
Yazını kiçilt
İsmayıllı və Sabirabad sakinlərindən ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sədiyan kənd O.Baxışovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa, Hacıqabul polisi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini C.İbadovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.