İspaniyada litvalı gənc qadın atışma zamanı öldürülüb. O, 9 aylıq hamilə idi. Onun uşağı xilas edilib. Bu barədə lasprovincias.es nəşri məlumat yayıb.
Fevralın 13-də İspaniyanın şərqindəki Castellon əyalətində baş verən atışma zamanı 28 yaşlı hamilə Litva vətəndaşı həlak olub. Qadın başından yaralanıb. O, ağır vəziyyətdə Valensiyadakı xəstəxanaya aparılıb və tezliklə orada dünyasını dəyişib.
Həkimlər ona qeysəriyyə əməliyyatı ediblər və hadisə şahidlərinin sözlərinə görə, yeni doğulmuş qızcığazı xilas etmək mümkün olub. Uşağın vəziyyəti stabildir.
Polis hadisənin başvermə şəraitini araşdırır. Hakimiyyət nümayəndəsinin hesabatından məlum olur ki, Kastellonda atışma küçənin ortasında “bir böyük ailənin” üzvləri arasında münaqişə zamanı baş verib.