İsrail Suriyada hərbi mövqeləri BOMBALADI

09:27 30.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Əs-Süveyda vilayətinə zərbələr endirib.

Hafta.az xəbər verir ki, bu barədə "Sham" telekanalı məlumat yayıb. Məlumata əsasən, İsrail aviasiyası vilayətin inzibati mərkəzi olan Əs-Süveyda şəhərinin ətrafını, həmçinin Rima-Hazem qəsəbəsini bombalayıb.

Hava zərbələri Suriya keçid hökumətinin Müdafiə Nazirliyinə tabe olan qüvvələrin və ərəb qəbilələrinin silahlı birləşmələrinin yerləşdiyi ərazilərə endirilib.