İsveç səfiri Türkiyə XİN-ə çağırılıb

23:20 20.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Hafta.az Anadolu agentliyinə istinadla xəbər verir ki, buna səbəb sabah Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərimin yandırılmasına icazə verilməsi olub.

Səfirin diqqətinə çatdırılıb ki, PKK-ya bağlı dairələrin bu cür təxribat xarakterli hərəkətlərinə icazə vermək olmaz və şiddətlə qınanılır. İsveçin mövqeyinin qəbuledilməz olduğu, müqəddəs dəyərlərin təhqir oluna bilməyəcəyi vurğulanıb.

“PKK-ya bağlı dairələrin sabah Stokholmun mərkəzində keçirəcəyi nümayiş, terror təşkilatları və onların havadarlarının təbliğat fəaliyyətinə icazə verilməsi üçtərəfli razılaşmanın (Türkiyə, İsveç və Finlandiya arasında) açıq şəkildə pozulmasıdır”, - deyə qeyd olunub.