Yazını böyüt
Yazını kiçilt
Turin Maliyyə Qvardiyasının əməkdaşları parmesan pendirinin başlarında ölkəyə qeyri-qanuni olaraq kokainin gətirilməsi sxemini aşkar ediblər. Ümumilikdə, təxminən 20 milyon avro dəyərində olan 100 kq-dan çox narkotik maddə aşkar edilib, Rai News xəbər verir.
Hollandiyadan Pyemonta (İtaliyanın şimal-qərb hissəsində yerləşən şəhər) narkotik qaçaqmalçılığı İtaliyanın 7 əyalətində: Turin, Asti, Lombardiya, Toskana, Veneto regionu və Siciliya və Sardiniya adalarında fəaliyyət göstərən cinayətkar qrup tərəfindən həyata keçirilib. Hüquq-mühafizə orqanları on nəfəri saxlayıb. 7 nəfər həbs edilib, daha 3 nəfər ev dustaqlığına buraxılıb.