İyuna qədər uçuşlar dayandı

12:28 17.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Davam edən ABŞ-İsrail və İran münaqişəsi fonunda Böyük Britaniyaya məxsus "British Airways" Yaxın Şərqdəki bəzi ölkələrə uçuşları iyun ayına qədər ləğv edib.

Hafta.az Əmman, Bəhreyn, Dubay və Təl-Əvivə uçuşlar müvəqqəti olaraq 31 maya qədər ləğv edilib, Dohaya uçuşlar isə 30 aprelə qədər dayandırılıb.

Qeyd edək ki, "British Airways"in Səudiyyə Ərəbistanına- Ər-Riyad və Ciddəyə uçuşları davam edir.