Jalə Əliyeva qızıl medal QAZANDI

21:10 19.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Hafta.az xəbər verir ki, 57 kiloqram çəkidə çıxış edən idmançı finalda türkiyəli Elvira Süleymanı 6:2 hesabı ilə üstələyərək Oyunların qalibi olub.

Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) ikinci yeri tutublar.