Yazını böyüt
Yazını kiçilt
Amerikalı aktrisa Culiya Roberts İnstaqramda İngiltərə Premyer Liqasının (EPL) “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiolaya müraciət edib.
Aktrisa 52 yaşlı çalışdırıcını komandasını Çempionlar Liqasında qələbəyə apardığına görə təbrik edib.
İyunun 11-də Çempionlar Liqasının 2022/2023 mövsümünün finalında "Mançester Siti" İtaliya "İnter"ini məğlub edib. İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 68-ci dəqiqədə şəhərlilərin 26 yaşlı yarımmüdafiəçisi Rodriqo Hernandes vurub.