Kadir İnanırın vəziyyəti açıqlandı

17:50 25.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən xəstəxanaya yerləşdirilən "Yeşilçam"ın ustad aktyorlarından olan Kadir İnanırın son durumu açıqlanıb.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Türkiye" məlumat yayıb.

Qeyd olunub ki, insult keçirən sənətçi əməliyyat olunub. 

​​​​Xəstəxanadan verilən məlumata görə, hazırda aktyorun vəziyyəti stabildir.

Sənətçinin qardaşı oğlu Levent İnanır onun yaşam təhlükəsinin olmadığını bildirib.