Rusiyada yeni "Slovo patsana, Krov na Asfalte" (“Gəncin vədi, asfaltda Qan”) serialının yaratdığı sensasiya davam edir.
Hafta.az-ın yazdığına görə, Robert Qarayevin eyniadlı kitabından uyğunlaşdırılan və 1980-ci illərdə Kazanda hökmranlıq edən küçə quldur dəstələrindən bəhs edən serial izləmə rekordları qırdığı halda, filmin mahnısı YouTube-da 13 milyon yayıma çatıb.
1970-ci illərdən Tatarıstanda fəaliyyət göstərən gənclər dəstələri Rusiyada “Kazan fenomeni” kimi tanınır.
Serialda Andrey adlı gəncin “Kazan fenomeni”nin içində amansız dəstə üzvünə çevrilməsi təsvir edilir. Böyük diqqət çəkən “Slovo Patsana” bəzi dairələrdən “şiddəti romantikləşdirdiyi” səbəbiylə tənqidlərə məruz qalıb.
Bununla belə, Daxili İşlər Nazirliyi, “Roskomnadzor” və məşhur rejissor Nikita Mixalkov serialın qadağan edilməsi tələbinə qarşı olduqlarını bildirirlər.