Keçmiş məhkum bu dəfə dələduzluğa görə saxlanıldı

14:30 04.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonunda dələduzluq edən şəxs saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

Onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi vədi ilə aldadaraq 3 500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.