Kənan hər bölüm üçün 350 min qazanacaq

22:26 26.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kənan İmirzalıoğlu “Mahsusa Trablus” adlı tarixi serialda rol alacaq.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 ildən sonra ekranlara geri qayıdan aktyor serialın hər bölümü üçün 350 min TL (təxminən 70 min 980 manat) qazanacaq.

Qeyd edək ki, İmirzalıoğlu serialda “Kuşçubaşı Eşref” obrazına həyat verəcək.