Kevin Kostner 18 illik arvadından ayrılır

12:25 04.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kevin Kostner və həyat yoldaşı Kristin Baumqartner 18 illik evliliklərini bitirirlər.

Hafta.az-ın Fox News-a istinadən yazdığına görə, Kostnerin nümayəndəsi  deyib ki, sitat: Kostneri boşanma davasına qatılmasına məcbur edən səbəb olan, onun nəzarətindən kənar vəziyyətlərin ortaya çıxmasından təəssüflənirik. Biz bu çətin dövrdən keçərkən onun, Kristinanın və uşaqlarının məxfiliyinə hörmət edilməsini xahiş edirik.

Qeyd edək ki, Kostner və Baumqartner 2004-cü ildə evləniblər. Cütlüyün 12, 14 və 15 yaşlı üç övladı var.

Daha əvvəl Kostner Karla Silva ilə evli olub. Kostnerin Silva ilə də üç övladı var və cütlük 1994-cü ildə boşanmadan öncə 16 il evli qalıblar. Bundan əlavə, 1996-cı ildə Bridcet Runidən oğlu olan aktyor 8 ildən sonra Koloradodakı evində Baumqartnerlə ailə qurub.

Baumgartner aliment tələb etmir və bunun əvəzinə, Kostnerin vəkilinə görə, "tərəflərin bağlanmış Evlilik Müqaviləsi şərtlərinə əsasən qarşı tərəfə ödəniş olacaq".

Oxunma sayı 289