Könül Kərimova oğlundan gileyləndi

15:30 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Könül Kərimova aparıcısı olduğu "Xəzər axşamı" proqramına bu dəfə oğlu Rəşad Kərimovu dəvət edib.

Axşam.az xəbər verir ki, müğənni özü kimi ifaçı olan oğlundan gileylənib:

"Sən uşaq olanda hara gedirdimsə, özümlə səni aparırdım. Artıq böyümüsən. İndi sən hara getsən, məni də özünlə apar. Nə olacaq axı? Uşaqlar böyüdükcə niyə belə edir? Bundan sonra məni özünlə aparacağına söz ver".

Rəşad isə anasının sözünü təsdiqləyərək, ona verilişinə görə uğurlar diləyib. 

Qeyd edək ki, Könül Kərimovanın Ləman adlı bir qız övladı da var. 

Oxunma sayı 133