Rusiya parlamenti sonradan vətəndaşlıq almış şəxslərə qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Andrey Kartapolovun rəhbərlik etdiyi hakim “Vahid Rusiya” Partiyasının bir qrup deputatı Dövlət Dumasına hərbi xidmətdən yayınanların Rusiya vətəndaşlığının ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edib.
Hafta.az-ın yazdığına görə, qanun layihəsində deyilir ki, hərbi qeydiyyatdan keçməyən və konstitusiya öhdəliklərini bəyannamələrində bilərəkdən gizlədən şəxslər vətəndaşlıqlarını itirə bilərlər.
“Kommersant” yazır ki, Rusiya Daxili İşlər Nazirliyi 2024-cü ilin avqustunda qüvvəyə minən mövcud qanun əsasında bu günə qədər 198 nəfərin vətəndaşlığını ləğv edib. Lakin yeni qanun layihəsi icra mexanizmindəki hüquqi boşluqları aradan qaldırmaq məqsədi daşıyır.
Qanun layihəsində hərbi xidmətə qeydiyyatdan yayınma hallarının necə müəyyən ediləcəyi, kimin qərar qəbul edəcəyi və kimlərin əhatə olunacağı ətraflı göstərilib. Bundan sonra bu qərarın verilməsinə hərbi xidmət cavabdeh olacaq. Daxili İşlər Nazirliyi bu qiymətləndirmələrə əsasən vətəndaşlığın ləğvi ilə bağlı qərar verə biləcək.
Yeni tənzimləmə yalnız 2024-cü il avqustun 8-dən sonra müəyyən edilmiş halları əhatə edəcək. Vətəndaşlığı ləğv edilənlər üç il ərzində yenidən müraciət edə bilməyəcəklər. Qanun layihəsinin iyulun 23-dək qüvvəyə minməsi gözlənilir.