Hollivud ulduzu Kris Pratt aparıcı Cimmi Fallonun “The Tonight Show” proqramında qayınatasının Arnold Şvartsenegger olması ilə bağlı açıqlamalar verib.
Hafta.az-ın “İnsider”ə istinadən yazdığına görə, Fallon siqar çəkməyi Şvartseneggerdən öyrəndiyini bildirəndə Pratt “Mənə də öyrətdi” deyib. 43 yaşlı aktyor sözlərini belə davam etdirib: “Arnold Şvartsenegger üçün siqar çəkməkdən daha vacib bir şey yoxdur”.
Məşhur bodibilderin qızı Katrin Şvartseneggerlə evli olan Pratt, övladları doğulanda "Terminator"un onlara çəkmək üçün siqar gətirdiyini söyləyib: “Gəlin çölə çıxaq, çəkək” dedi. Cavab verdim ki, mənim astmam var, ona görə də siqar olmaz. Amma o, israr elədi”.
Hollivud ulduzu sakitcə razılaşsa da, ertəsi gün özünü yaxşı hiss etmədiyini başa düşüb: “Mən onunla çıxdım və bir siqar çəkdim. Ertəsi gün oyandım və ağır ağciyər infeksiyası keçirdim”.
2019-cu ildə ailə quran Pratt və Katrin Şvartseneggerin iki qızı var.