Kukla Teatrında yoxlamalar dayandırılıb

16:28 06.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aparılan yoxlamalar dayandırılıb.

 

Bu barədə hafta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

"Teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb. Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir", - məlumatda vurğulanıb.

 

Xatırladaq ki, ötən ilin noyabrından teatrda yoxlamalar başlamışdı.