Kürdə 1 nəfər batdı - Axtarışlar aparılır

10:19 04.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayında bir nəfər batıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.