Küveyt Türkiyədən 18 ədəd "Bayraktar TB2" alır - 370 milyon dollara

11:25 19.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveyt Türkiyədən 18 ədəd "Bayraktar TB2" SİHA almağa qərar verib və bu məqsədlə builki büdcədən 370 milyon dollar ayırıb. 

Hafta.az-ın "Middle East Eye"yə istinadən yazdığına görə, bir "Bayraktar TB2" 5 milyon dollara satılır, 18 "Bayraktar TB2"nin hər birində isə cəmi 15 milyon dollar dəyərində 100 MAM-L mikro-ağıllı sursat var.

Digər tərəfdən, Küveytin təlim və komanda mərkəzləri üçün əlavə ödəniş etdiyi bildirilir. Məlumdur ki, hər bir komanda mərkəzi 6 "Bayraktar TB2"dən ibarət donanmanı idarə edə bilir.
Küveytin Bayraktar TB2-ni alması ilə Baykar firmasının ixrac müqaviləsi bağladığı ölkələrin sayı 28-ə çatıb.