Lənkəranda qardaş qardaşı bıçaqladı

23:19 08.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda qardaş qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.

Hafta.az xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

O, dərhal əməliyyata alınıb. İlkin məlumata görə, Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.