Luqanskın keçmiş meri öldü - PARTLAYIŞ

20:07 03.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Luqanskın keçmiş meri şəhərin mərkəzindəki partlayışda həlak olub.

Hafta.az xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib.

Daha 3 nəfər yaralanıb.

İlkin məlumata görə, ölən şəxs Luqanskın keçmiş meri Manolis Pilavovdur. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

M.Pilavov 2014-2023-cü illərdə şəhərin meri olub.