Yazını böyüt
Yazını kiçilt
Madonnanın 1993-1996-cı illərdə sahib olduğu Hollivud Hillsdəki keçmiş evi satışa çıxarılıb. People bu barədə yazır.
Müğənni 1993-cü ildə təxminən 5 milyon dollara 1920-ci illərin ispan üslubunda olan mülkünü alıb və üç il sonra satıb.
Evin hazırkı sahibi onu 21 milyon dollara satmağa ümid edən modelyer Leon Maks hesab olunur.
Malikanənin doqquz yataq otağı və altı vanna otağı var, foyedən keçərək, malikanənin bir neçə səviyyəsini birləşdirən spiral pilləkənli qülləni, həmçinin köhnə taxta panelli lifti görə bilərsiniz. Evin həmçinin hündür xurma ağacları olan mərkəzi həyətə baxan lodjiyası, fəvvarə və kamin, kitabxana, iki mərtəbəli qonaq otağı və digər şərait var.