Yazını böyüt
Yazını kiçilt
Bu gün Malayziyanın ölkəmizdəki Səfirliyi Malayziya Turizm Nazirliyinin İstanbuldakı ofisinin Marketinq üzrə icraçı nümayəndəsi ilə birlikdə 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edib.

Hafta.az-ın yazdığına görə, sərginin ilk günündə Malayziya təmsilçiləri yerli ictimaiyyət, turizm agentliyinin əməkdaşları, turoperatorlar, media nümayəndələri, habelə hökümət qurumlarının işçilərindən ibarət sərgi ziyarətçilərini Malayziyanın turizm mərkəzləri və mədəniyyəti haqqında məlumatlandırıb.

Həmçinin KOBİA əməkdaşları, aviaşirkətlərin səlahiyyətli nümayəndələri və yerli turizm agentlikləri ilə turizm sektoru üzrə gələcək əməkdaşlıqların qurulması, Malayziya və Azərbaycan səyahətçilərinin qarşılıqlı olaraq iki ölkəyə giriş-çıxışı üçün razılaşma mətnlərinin hazırlanması məqsədilə B2B görüş və müzakirələr aparılıb.
