Marşrut avtobusu 2 piyadanı vurdu, biri öldü

10:38 15.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində 81 saylı marşrut avtobusu yolu keçən iki piyada -1990-cı il təvəllüdlü Amin Budaqov və 1979-cu il təvəllüdlü Rəsul Tomayevi vurub. A. Budaqov hadisə yerində ölüb, R. Tomayev isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanıb.