Yazını böyüt
Yazını kiçilt
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini E.Həsənov Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Ondan 1,4 kiloqram tiryək və 6 qramdan artıq metamfetamin götürülüb.
Faktla bağlı araşdırma aparılır.