Masazırda restoran yanıb

09:49 14.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Abşeron rayonunun Masazır kəndində yanğın hadisəsi olub. Hadisə "Kaya" restoranında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Hafta.az-a bildirilib ki, yanğın bu gün saat 7:00-da restoranın mətbəx hissəsində baş verib.

"Masazır qəsəbəsi ərazisində restoranın mətbəxində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilir.