Mədəniyyət pmaytaxtı olan Şuşa böyük tarixi proseslərə şahidlik etdi - Zahid Abbasov

17:32 16.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şuşa ili”ndə Şuşa haqqında müxtəlif xarici dillərdə bir neçə kitab dərc olundu. O kitabların təqdimatında mən də iştirak elədim. Eyni zamanda Şuşada müxtəlif beynəlxalq tədbirlər keçirildi.

Bu fikirləri hafta.az-a Şuşa Şəhəri Mədəniyyət və Turizm İdarəsinin sabiq müdiri, hazırda orada mədəniyyət abidələrinin bərpası prosesində iştirak edən Zahid Abbasov deyib:

"Bütün bunlar özlüyündə beynəlxalq aləmə bir daha mesaj verdi və bəyan etdi ki, hörmətli prezidentimizin sözləri ilə desək, "Əziz Şuşa biz qayıtmışıq, biz səninləyik, biz bir daha heç vaxt səni tək qoymarıq".

Mədəniyyət Paytaxtı olan Şuşa böyük tarixi proseslərə şahidlik etdi. Təbii ki, Şuşada keçirilən beynəlxalq tədbirlərlə xalq, ordu, Ali Baş Komandan vahidliyi bir daha ortaya qoyuldu. Düşmən bir daha xəbərdar edilir və sülhə çağırılır..."