Məktəblərdə 5-9-cu siniflər üzrə əyani təhsilə start verilib

12:50 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 1-dən V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərə cəlb ediliblər.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, əyani dərslərdə həftəlik dərs yükü 15 saat müəyyənləşdirilib. Digər dərs saatları distant formada tədris ediləcək.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi pandemiya şəraitinə uyğun olaraq təşkil edilir, sanitar-epidemioloji qaydalara bütünlüklə əməl edilir.

Oxunma sayı 660