Meladzeyə Rusiyada konsert vermək qadağan oluna bilər

19:49 13.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tümen Vilayət Dumasının bir qrup deputatı Rusiyada müğənni Valeri Meladzenin konsertlərinin qadağan edilməsini tələb edib. Bu barədə Ura.ru parlamentarilərin Rusiyanın baş naziri Mixail Mişustinə ünvanladığı müraciətin mətninə istinadən xəbər verir.

Müraciət müəllifləri “V.Ş.Meladzenin “Rusiya Federasiyasının əməkdar artisti” adından məhrum edilməsinə yönəlmiş tədbirlərin tətbiqi, habelə onun Rusiya Federasiyasının ərazisində konsert fəaliyyətinin tam qadağan edilməsi məsələsinə baxılmasını xahiş ediblər."

Məktubu deputatlar Vladimir Sısoyev, Yevgeni Makarenko, İvan Verşinin, Larisa Tsupikova və Aleksandr Çepik imzalayıblar.

Deputatların müraciəti daha əvvəl mediada Dubaydakı korporativ ziyafətdə sənətçinin “Ukraynaya şöhrət” şüarını “Qəhrəmanlara şöhrət” sözləri ilə davam etdirdiyi bir videonun yayılması ilə əlaqədardır.

Oxunma sayı 2279