Türkiyə Milli Futbol Komandasının İspaniya ilə 2-2 hesablı heç-heçəsindən sonra soyunma otağında baş verən oğurluğun təfərrüatları açıqlanıb. Sevilya polis mənbələrinə görə, oğurlanmış əşyaların Merih Demirala məxsus olduğu müəyyən edilib.
Hafta.az-ın yazdığına görə, milli komanda matçdan sonra hava limanına yola düşərkən Merih Demiral çantasından bir saatın və iki üzüyün itdiyini görüb. Milli oyunçu dərhal məsələni Türkiyə Futbol Federasiyasının (TFF) rəsmilərinə bildirib və onlar tez bir zamanda məhkəmə prosesi başlayıblar.
TFF rəsmiləri stadionda araşdırma aparmaq üçün İspaniya Futbol Federasiyasının təhlükəsizlik qrupları ilə əlaqə saxlayıblar.
La Cartuja Stadionunun soyunma otağında axtarışlar nəticə vermədikdən sonra Demiralın vəkili İspaniya polisinə rəsmi cinayət işi açıb.
Şikayətdən sonra stadion təhlükəsizlik xidmətinin əlaqələndirilmiş səyləri sayəsində itkin düşmüş qiymətli əşyalar bir neçə saat ərzində tapılıb. Səlahiyyətlilər tapılan əşyaların dəyəri ilə bağlı aşağıdakı məlumatları paylaşdılar:
Saat 90 min avro, üzüklər toplam 60 min avro (birinin nişan üzüyü olduğu güman edilir).
Hüquqi prosedurlar başa çatdıqdan sonra əşyaların Merih Demirala qaytarılacağı bildirilib.
İspaniya Milli Polisi hadisənin oğurluq olduğuna dair ciddi şübhələrin olduğunu açıqladı və hərtərəfli araşdırma başladıb.