Mərkəzi Hərbi Sanatoriyanın rəisi SAXLANILDI

17:34 16.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyinin "İstirahət evi" rəisi saxlanılıb.

Hafta.az xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.

Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.

Qeyd edək ki, İlham Haqverdiyevin saxlanılması barədə ilkin olaraq "Qafqazinfo" məlumat yayıb.

Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda "İstirahət evi" adlanır.