Məşhur aktyor “Ramo”da çəkiləcək

11:59 28.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Reytinqli layihələrdən olan "Ramo" serialına daha bir aktyor daxil olacaq.

Hafta.az Axşam.az-a istinadən bildirir ki, aksiyon səhnələri ilə tamaşaçıları ekran başına toplayan seriala bu dəfə məşhur aktyor Renan Bilek qatılacaq. O, ekran işinin iki bölümündə yer alacaq.

Qeyd edək ki,  "Ramo"nun rejissoru M. Çağatay Tosundur. Serialda əsas rolları aktyorlar Murat Yıldırım və Esra Bilgiç canlandırır.