Məşhur irlandiyalı müğənninin oğlu intihar etdi

23:49 08.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur irlandiyalı müğənni Şineyd O'Konnorun 17 yaşlı oğlu intihar edib.

 

 

Hafta.az xəbər verir ki, bu barədə ifaçı tviter hesabında məlumat yayıb.

“Mənim gözəl oğlum Neviim Nesta Ali Şeyn O'Konnor, həyatımın işığı, bu gün yer üzündəki mübarizəsinə son qoymaq qərarına gəldi və indi o, Allahladır. Heç kim ondan nümunə götürməsin. Mənim övladım, mən səni çox sevirəm” - deyə, o, yazıb.

Qeyd edək ki, Neviim bundan əvvəl də iki dəfə intihara cəhd edib. O, daha sonra müalicə olunmaq üçün klinikaya yerləşdirilsə də oradan qaçıb. Bundan sonra ifaçı sosial şəbəkə hesablarında onun itkin düşməsi ilə bağlı axtarış elan edib. Ötən gün itkin düşən Neviimin cəsədi bu gün polis tərəfindən aşkarlanıb.

Oxunma sayı 52