Məşhur model ayaqlarını sığortalatdırıb

23:17 18.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyalı dünyaca məşhur model Haydi Klum qonaq olduğu verilişlərin birində ayaqlarını sığorta etməsi barədə danışıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı model proqramda bir ayağının digərindən daha qiymətə olunduğunu bildirib:

"Uşaq vaxtı şüşənin üstünə yıxılmışdım. Ayağımda yara izi var. Bu səbəbdən sol ayağım aşağı qiymətə sığortalanıb".

Qeyd edək ki, "Victoria's Secret"in əfsanə mələklərindən olan Haydi Klum ayaqlarını Londonda 2 milyon dollara sığortalatdırıb.

Oxunma sayı 34