Məşhur model boşanır

23:20 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı model Emili Ratajkovskinin həyat yoldaşı amerikalı aktyor Sebastian Bear MakKlardla boşanmaq ərəfəsindədir.

 

 

Hafta.az xəbər verir ki, bu barədə Qərb mətbuatı yazıb. Bildirilib ki, boşanmaya səbəb modelin həyat yoldaşı tərəfindən xəyanətə uğraması olub. Şayiələri gücləndirən səbəblər arasında Emilinin bir müddətdir nikah üzüyü taxmaması, sosial şəbəkələrdə foto və videolarda Sebastianın yer almaması və ötən ay Atalar Günündə onu təbrik edən hər hansı paylaşım etməməsi olub.

İddialar arasında modelin davamlı olaraq xəyanətlə üzləşdiyi də yer alıb. Bununla belə, Emilinin boşanmaq üçün müraciət etdiyi barədə hələlik rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Onların 2021-ci ildə övladı dünyaya gəlib.

Oxunma sayı 124