Məşhur rejissor çox sevilən serialın davamını çəkəcək?

11:00 06.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur rejissor Denis Villeneuve "Sicario: Capos" kimi tanınan "Sicario 3" filmini çəkəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Hafta.az-ın yazdığın görə, 2015-ci ildə istehsal olunan, Taylor Şeridan tərəfindən yazılmış ilk film, FTB agenti Keyt Makerin qəfildən Meksika kartelə qarşı davam edən şiddətli müharibəyə atılmasına yönəldilsə də, davamı cinayətkarların ABŞ sərhədindən qanunsuz daşınması haqqında idi.

Hər iki film güclü kassa rəqəmləri və müsbət rəylər əldə etsə də, 2015-ci ildə çəkilən “Sikario” daha çox bəyənildi və Oskar nominasiyaları qazandı.

Prodüser Trent Lukinbill daha əvvəl “Sicario 3”ün inkişaf mərhələsində olduğunu təsdiqləmişdi, lakin yeni film haqqında çox az şey məlum idi.

Bu yaxınlarda “The Playlist”ə verdiyi müsahibədə Villeneuve “Sicrio 3” üçün qayıdıb-qayıtmayacağına toxunub. Qarşıdakı filmlə bağlı çox şey bilmədiyini açıqlayan 56 yaşlı rejissor bununla bağlı heç kimlə görüşmədiyini, lakin xüsusilə ssenarist Şeridan geri dönərsə, layihəyə dəstək verəcəyini bildirib.

Kanadalı rejissor “Taylor Sheridan mənim sevimli ssenaristlərimdən biridir” deyib.

"Əgər Taylor ssenari yazırsa, onu ekranda görməkdən mütləq həyəcanlanardım", - deyən rejissor əlavə edib: "Ancaq yeni ssenari və ya layihə haqqında heç nə eşitməmişəm. Bu barədə mənimlə heç kim danışmayıb".

Rejissorun son zamanlar “Sicario 3” ilə bağlı açıqlamaları onun seriala qayıtmayacağından xəbər verir.

Digər tərəfdən, Villeneuvenin davamı olan “Sicario 2: Day of the Soldado” filminin rejissorluğunu etmədiyini xatırlamaq yerinə düşər. Filmin rejissoru italyan kinorejissoru Stefano Sollima olub, onun ssenarisini də Taylor Şeridan yazıb.

57 yaşlı rejissor daha çox “ACAB: All Cops Are Bastards” və “Suburra” kimi detektiv və kriminal filmləri ilə tanınır.

Oxunma sayı 268