Məşhur sitkom geri qayıdacaq?

11:03 24.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur "Modern Family" sitkomunda Qloriya obrazını canlandıran Sofiya Verqara serialın canlanması ilə bağlı hisslərindən səmimi danışıb.

Hafta.az-ın yazdığına görə, Stiv Levitan və Kristofer Lloyd tərəfindən yaradılan serial 2009-cu ildə ABC kanalında premyerası olub və 11 mövsüm davam edib.

Verqara ilə yanaşı, 22 dəfə Emmy mükafatı qazanan sitkomun aktyor heyətinə Ed O'Nil, Culi Boven, Ti Burrell, Cesse Tiler Ferguson, Erik Stonestrit, Sarah Hiland, Ariel Vinter, Nolan Quld və Rayko Rodriguez daxil idi.

"Modern Family" 2020-ci ilin aprelində bitsə də, şounun ulduzları dəfələrlə ekrandan kənarda yenidən bir araya gəliblər.

Verqara, qarşıdan gələn Netflix serialı “Griselda”nı tanıtmaq üçün “The Tonight Show”da qonaq olub. Kolumbiya əsilli aktrisa “Modern Family”nin ekranlara qayıtma ehtimalından da danışıb.

51 yaşlı Verqara serialı geri qaytarmağın hələ tez olduğunu düşündüyünü deyib. 4 dəfə Emmi mükafatına namizəd olan aktrisa serialın bitməsindən heç 5 il keçmədiyini vurğulayaraq, "Cəmi 4 il keçib. Mənə elə gəlir ki, bir az daha vaxta ehtiyacımız var" deyib. Aktrisa serialda həyat yoldaşı Cey rolunu oynayan həmkarı O'Neill haqqında zarafatla deyib: "Bizim çox vaxtımız yoxdur, çünki Ed O'Neill köhnəlib".

"Modern Family" Los-Ancelesin ətraflarında yaşayan və ailə başçısı Cey Pritçett tərəfindən bir araya gətirilən üç fərqli ailənin gülməli həyatından bəhs edirdi.