Məşhur "Telegram" kanalının ofisində AXTARIŞ

14:45 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada polislər axtarış aparmaq üçün məşhur "Baza" "Telegram" kanalının ofisinə gediblər.

Bu barədə Hafta.az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, səhər saatlarında polis və OMON (polislərin xüsusi təyinatlı dəstəsi), həmçinin "Baza"nın baş redaktoru Qleb Trifonovun mənzilinə də baş çəkib, hazırda onunla əlaqə yoxdur. Qonşuların sözlərinə görə, o, naməlum istiqamətdə aparılıb. Qlebin hazırda harada olduğu məlum deyil - nə həmkarları, nə qohumları, nə də vəkilləri onu tapa bilirlər.

Daha sonra polis əməkdaşları "Baza" redaksiyasının ofisinə gediblər. Həmin vaxt ofisdə olan nəşrin əməkdaşları ilə əlaqə kəsilib.

Polisin iddialarının mahiyyəti hələlik məlum deyil. "Baza"nın məlumatına görə, söhbət Rusiyanın regionlarından birində müəyyən cinayət işinin başlanmasından gedə bilər.

TASS-ın məlumatına görə, "Baza" "Telegram" kanalının redaksiyasında aparılan axtarışlar polis əməkdaşlarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə halı ilə bağlıdır.