Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin sayı açıqlandı

11:06 28.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır

Trend-in məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.