Aktyor Stiven Bolduinin kiçik qızı, amerikalı model Heyli Biber boşanma xəbərləri yayılan bir vaxtda əri Castin Biberin yataqda çəkdirdiyi fotosunu nümayiş etdirib. O, şəkilləri İnstaqram səhifəsində paylaşıb.
Hafta.az-ın yazdığına görə, ilk olaraq, yerləşdirilən kadrda 27 yaşlı modelyer ağ köynəkdə və qara beysbol papağında, şəffaf stəkanda soyudulmuş qəhvə ilə görünüb. Ulduz eyni zamanda barmağındakı nişan üzüyünü də nümayiş etdirib.

Daha sonra məşhur model ərinin ağ çarpayıda itə sarılaraq uzanmış şəklini yayımlayıb. Eyni zamanda Biberin çılpaq bədənində çoxsaylı döymələr görünür.
Aprelin əvvəlində Castin və Heyli Biber arasındakı münasibətlərin təfərrüatları boşanma şayiələrindən sonra ortaya çıxdı. Məşhurlara yaxın olan anonim mənbənin sözlərinə görə, 30 yaşlı ifaçı ilə 27 yaşlı modelin münasibətlərində heç bir problem yoxdur.