Moskvada keçirilən Türk Mətbəxi Həftəsi başa çatdı

09:25 27.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada mayın 21-də açılışı edilən Türk Mətbəxi Həftəsi bu gün başa çatır.

Hafta.az-ın yazdığına görə, Rusiya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 21-27 may tarixlərində bütün dünyada qeyd olunan Türk Mətbəxi Həftəsi çərçivəsində Türkiyənin Moskvadakı səfirliyi tədbir keçirərək qonaqlara türk yeməkləri təqdim edib.

Tədbir səfirliyin rəsmi Facebook hesabında belə elan edilib: “Prezident Admnistrasiyaməzən himayəsi və birinci xanım Əminə Ərdoğanın rəhbərliyi ilə keçirilən Türk Mətbəxi Həftəsi tədbirləri bütün dünyada olduğu kimi Moskvada da davam edir! Bu gün İzmirdən xüsusi olaraq gəlmiş aşpaz Hasan Aydın Yiğitin rəhbərliyi ilə hazırlanan Ege mətbəxinin ən xüsusi ləzzətlərini Səfirliyimizin iqamətgahında rus dostlarımıza, xüsusilə Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımıza və Moskva Bələdiyyəsi səlahiyyətlilərinə təqdim etdik.

Türk mətbəxi həftəniz mübarək!”.

Oxunma sayı 120