MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə aldı

16:46 30.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyası (MSK) İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. 

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib. MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. 

YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib.