Mübahisəli aktyorun rolu başqasına tapşırılıb

10:29 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İnvincible” cizgi serialında Ezra Miller rolu başqasına tapşırılıb. Erik Bauza serialın ikinci mövsümündə dəli alim D. A. Sinkleyri oynayacaq.

Hafta.az-ın yazdığına görə, 31 yaşlı Miller DC superqəhrəman filmi “The Flash”da rol aldığı, bir sıra mübahisə və hüquqi problemlərə qarışması ilə tanınır.

Miller “İnvincible” serialının ilk mövsümündə insanları öldürərək “ReAnimen” kimi tanınan robotlara çevirən yaramaz alim Sinkleyri canlandırıb.

Hazırda Amazon Prime Video-da yayımlanan “mənfi xarakter” ikinci mövsümdə geri qayıdanda, “X-Men 97” və “Teenage Mutant Ninja Turtles”in 44 yaşlı aktyoru Erik Bauza tərəfindən səsləndirilib.

Millerin hüquqi problemləri 2020-ci ildə onun İslandiyanın Reykyavik şəhərindəki barda qadını boğduğunu göstərən videonun Twitter-də paylaşıldığı vaxta təsadüf edir. Miller hadisəyə görə məhkəməyə verilməyib.

Aktyor həmçinin 18 yaşlı yerli amerikalı fəal Tokata İron Eyesi aldatmaqda, “psixoloji manipulyasiya etməkdə, fiziki olaraq qorxutmaqda, təhlükəsizliyini və rifahını təhlükə altına almaqda” ittihamlanırdı.

Yeniyetmənin atası “The İndependent”ə verdiyi müsahibədə Millerin 12 yaşından bəri davam edən dostluqları zamanı ona spirt, marixuana və LSD verdiyini iddia edib. Tokata İron Eyes aktyor tərəfindən istismar və ya aldadılma iddialarını şiddətlə rədd etmişdi.

2022-ci ilin may ayında Miller ABŞ-ın Vermont ştatında spirtli içki oğurluğunda ittihamlanıb. Yerli polis açıqlamasında bildirib ki, həmin il mayın 1-də Stamfordda County Road küçəsindəki bir ünvandan bir neçə şüşə spirt oğurlanması barədə şikayət daxil olub.

Aktyor 2022-ci ilin avqustunda üzrxahlıq edib və "mürəkkəb psixi sağlamlıq problemləri yaşadığını" deyib. Miller keçən il “The Flash” filminin premyerasında aralarında Ceyms Qunn, Peter Safran, Uarner Bros, “Discovery”nin baş direktoru David Zaslavın da olduğu DC komandasına, o cümlədən Film Qrupunun müdirləri Maykl De Luka və Pam Abdiyə "həyatı kontekstində göstərdikləri lütf, anlayış və qayğıya" görə təşəkkür edib.

Aktyor, fanatların boykot təhdidləri fonunda filmin bir neçə dəfə təxirə salınmasına da müraciət edərək, onlara "bu anın baş verməsi üçün" təşəkkürünü bildiirb.

“İnvincible”in ilk sezonu ilə bağlı üçulduzlu icmalında “The İndependent”dən Luis Çilton yazırdı: "Bəlkə də onun ideyaları 2000-ci illərin əvvəllərindəki orijinal komikslərdə daha çox təməlqoyma xarakteri daşıyırdı. Bəzi personajlar peşman olmayan parodiyalardır (məsələn, Batman nokautu "Darkwing") və siz “Watchmen”, “The İncredibles”, “Sky High” və “Misfits”dəki elementləri və ya hekayə ideyalarını asanlıqla görə bilərsiniz. Lakin o, hələ də öz əsasının bəzi yaxşı tərəflərini saxlayır və bu faktı görməməzliyə vurmağa imkan verir ki, bu da əvvəllər yüz dəfə gördüyünüz hekayədir".