Müəllim olmaq istəyənlər imtahan verir

11:10 19.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 19-da riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir.

Bu barədə hafta.az Təhsil Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə test imtahanları başa çatıb. İmtahanda iştirak edən Vüsalə Ramazanova 57 bal toplayaraq rus bölməsi üzrə namizədlər arasında yüksək nəticə göstərib. Vüsalə Ramazanova 1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogika və metodikası ixtisası, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

 

İmtahanlar iyulun 24-dək davam edəcək.