Yazını böyüt
Yazını kiçilt
Murmanskda naməlum şəxs hərbi komissarlığın binasını yandırıb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Hadisə fevralın 23-də səhər tezdən Kapitana Orlikova küçəsində baş verib. Tezliklə yerli sakinlərdən biri yanıq iyini hiss edərək 112-yə zəng edib.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Yanğın nəticəsində binanın pəncərə çərçivəsi yanıb.