“Napoli” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

16:59 23.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" matçının baş hakimi polşalı Şimon Martsinyak olacaq.

Hafta.az xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib.

Bildirilib ki, baş hakimə öz həmyerliləri, yan hakimlər Tomaş Listkieviç və Adam Kupsik kömək edəcələr.

Baş hakimin videoassistenti (VAR) isə niderlandlı Pol van Bukel olacaq.

Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 26-dan 27-ə keçən gecə, saat 00:00-da Neapolun "Dieqo Armando Maradona" stadionunda keçiriləcək.