NATO-nun ilkin xəbərdarlıq və idarəedici təyyarəsi AWACS qrupu Buxarest yaxınlığındakı Otopeni aviabazasına gəlib. Bu barədə Rumıniyanın müdafiə naziri Anhel Tilvar bildirib.
Nazirin sözlərinə görə, təyyarələr alyansın şərq cinahında sərhədindən istənilən taktiki və operativ hərəkətlər barədə NATO-ya məlumat ötürəcək.
Ölkənin Müdafiə Nazirliyi bildirib ki, AWACS Rumıniyaya “alyansın Qara dəniz regionunda müdafiə mövqeyinin gücləndirilməsi üzrə tədbirlərin görülməsi kontekstində” gəlib. Hərbi idarə aydınlaşdırıb ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına cavab olaraq NATO alyansın şərq cinahında əlavə qırıcılar, kəşfiyyat təyyarələri və tanker təyyarələri ilə hava qüvvələrini artırıb.
Telekanalın məlumatına görə, yanvarın 16-da üç AWACS təyyarəsi Rumıniyaya çatıb.