Naxçıvana hücumda xəsarət alanlardan üçü evə buraxıldı 

22:35 05.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alanlardan 3-ü evə buraxılıb.

Hafta.az xəbər verir ki, yalnız Cəfərov Əsəd Vidadi oğlunun xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb./apa/